ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər

“Ər-Riyadda danışıqlara cəlbedici biznes təkliflərinin uzun siyahısı ilə gələn Rusiya tərəfi bunu bilirdi. ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının tezliklə ləğvini gözləyin”, - qəzetdə dərc olunan materialda deyilir.
Dünən “EUObserver” portalı da ABŞ-nin Rusiyaya qarşı əvvəllər tətbiq etdiyi sanksiyaları tezliklə aradan qaldıra biləcəyini yazıb.
Bununla belə, bir müddət əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio bildirmişdi ki, Ukraynada müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunana qədər Vaşinqton Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. “Bloomberg” agentliyinin məlumatına görə, Rubio bir qrup avropalı həmkarını Rusiyaya qarşı sanksiyaların “vaxtından əvvəl” ləğv olunmayacağına əmin edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Abş Rusiya sanksiyalar