Makron mövqeyini dəyişir

   Makron mövqeyini dəyişir
  25 Fevral 2025    Oxunub:330
Fransa prezidenti Emmanuel Makronun fikrincə, Ukraynada atəşkəs yaxın həftələr ərzində əldə oluna bilər.
AzVision.az xəbər verir ki, Makronun sözlərinə görə, ən azı atəşkəsə nail olmaq və sonra dayanıqlı sülhü müzakirə etməyə başlamaq olar.

“Düşünürəm ki, buna yaxın bir neçə həftə ərzində nail olmaq mümkündür. Bu, Donald Trampın ABŞ prezidentliyinə qayıdışı sayəsində mümkün olub”, - Makron “Fox News” telekanalına müsahibəsində deyib.

Maraqlıdır ki, Fransa prezidenti Moskva və Vaşinqton arasında aparılan danışıqları da müsbət qiymətləndirərək, Avropa nümayəndələrinin danışıqlarda iştirak etməməsinin təəccüblü olmadığını bildirib. Hərçənd, o, Ukrayna probleminin həlli üçün birgə işləməyi zəruri sayıb, çünki bu, birbaşa Avropa təhlükəsizliyinə aiddir.

Makron Vaşinqtondan əliboş qayıdıb
Halbuki, bundan əvvəl Emmanuel Makron Ukrayna üzrə danışıqlar masası arxasında Avropaya yer verilməsinin bu məsələdə prioritet tələb olduğunu iddia edirdi. O, hətta bunun üçün Vaşinqtona xüsusi səfərə də yollanmşıdı. Lakin Donald Trampla görüşdən əli ətəyindən uzun qayıtması Makronun ritorikasının dəyişməsini şərtləndirib.

Qeyd edək ki, Fransa prezidentinin “döyüşkıən” ruhlu lovğa bəyanatlarından sonra mövqeyini 180 dərəcə dəyişməsi ilk dəfə deyil. Yeri gəlmişkən, Ağ Evin keçmiş administrasiyası dövründə Donald Trampa qarşı düşmənçilik mövqeyində dayanan Makronun indi ABŞ prezidentinin ünvanına difiramblar səsləndirməsi də bunun əyani sübutudur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Ukrayna   mövqe  





Xəbər lenti