Kreml Avropaya suyun altından da hücum edir

Kreml Avropaya suyun altından da hücum edir
  25 Fevral 2025    Oxunub:491
Avropada "kabel böhranı" səngimək bilmir.
"Cinia" şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə Finlandiya və Almaniyanı birləşdirən sualtı kabel ötən ay da zədələnib.

“Cinia" C-Lion1 sualtı kabelinin zədələnməsinin 26 yanvar 2025-ci il, bazar günü baş verdiyi güman edir”, - məlumatda qeyd edilib.

Fevralın 21-də Qotland adasının sahillərində, Baltik dənizində Finlandiya ilə Almaniyanı birləşdirən sualtı kabelin zədələnməsi barədə məlumat yayıldı. İsveç Prokurorluğu və Sahil Mühafizəsi insidentlə bağlı araşdırmalara başlayıb.

Baltik kabelini zədələyən gəmi saxlanıldı: Ekipajı ruslardır
Son zamanlar Baltik dənizində kabellərlə bağlı artıq bir neçə dəfə insident baş verib. Belə ki, yanvarın 26-da Latviya ilə İsveç arasında dəniz dibi ilə çəkilən sualtı fiber-optik kabel kənar təsir nəticəsində zədələnmişdi.

Dekabrda isə Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2" strateji sualtı kabeli kəsilmişdi. "Estlink 2" təxribatından qısa müddət sonra Finlandiya səlahiyyətliləri Rusiyanın Sankt-Peterburq şəhərindən Misirə gedən və qabaqcıl müşahidə avadanlığı ilə yüklənmiş "Eagle S" neft tankerini ələ keçirdi. Finlandiya rəsmiləri belə qənaətə gəliblər ki, "Eagle S" "Estlink 2" xəttini sıradan çıxarmaq üçün öz lövbərini bilərəkdən Baltik dənizinin dibi boyunca onlarla kilometr suyun dibi ilə dartıb aparıb.

Xarici KİV "kabel böhranı"nın arxasında Moskvanın dayandığını iddia edir. Məsələn, "The Atlantic" nəşri yazıb ki, Rusiya Avropada getdikcə daha çox təxribatlara əl atır. Kreml Qərb ölkələrinin infrastrukturuna daha açıq hücumlar həyata keçirir. Bununla belə, Qərb evfemizmlərə qaçır və Putinin hərəkətlərinin əslində açıq müharibə olmasını birbaşa etiraf etməkdən qorxur. Məqalə müəllifi rusların Qərbə aşkar meydan oxumasına dair bir neçə misal da gətirib. Məsələn, keçən ay Estoniyanı Finlandiya ilə birləşdirən "Estlink 2" strateji sualtı kabeli kəsildi. "Estlink 2" təxribatından qısa müddət sonra Finlandiya səlahiyyətliləri Rusiyanın Sankt-Peterburq şəhərindən Misirə gedən və qabaqcıl müşahidə avadanlığı ilə yüklənmiş "Eagle S" neft tankerini ələ keçirdi. Finlandiya rəsmiləri belə qənaətə gəliblər ki, "Eagle S" "Estlink 2" xəttini sıradan çıxarmaq üçün öz lövbərini bilərəkdən Baltik dənizinin dibi boyunca onlarla kilometr suyun dibi ilə dartıb aparıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kabel   Böhran   Baltik   Avropa  





Xəbər lenti