Azercell 800-ə yaxın uşaq və valideyni rəqəmsal təhlükəsizlik qaydaları ilə tanış edib

Bu etapda təlimlər Bakı, Sumqayıt, Quba, Xızı, Astara və Mingəçevirdə keçirilib. İnteraktiv dərslər zamanı şagird və valideynlər rəqəmsal təhlükəsizliyin əsas aspektləri ilə tanış olublar.
Mütəxəssislər tərəfindən təqdim edilən təlim proqramı virtual tanışlıqların təhlükələri, şəxsi məlumatların qorunması, onlayn fırıldaqçılıq, trollinq, kiberbullinq ilə mübarizə üsulları kimi bir çox vacib mövzuları əhatə edib.
Təlimlər beynəlxalq standartlara uyğun şəkildə “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib .
Qeyd edək ki, Azercell on ilə yaxındır ki internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir.
AzVision.az
Teqlər: