Bitkoin Trampın siyasətinə tab gətirmədi

Bitkoin Trampın siyasətinə tab gətirmədi
  25 Fevral 2025    Oxunub:411
Bu gün keçirilən ticarət əməliyyatlarında bitkoinin qiyməti yanvarın 13-dən bəri ilk dəfə olaraq 90 min dollardan aşağı düşüb.
AzVision.az “Binance” ticarət meydançasında qeydə alınan məlumatlara istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 11:26 radələrində qiymətini 6,64% itirən kriptovalyuta 89,439 min dollara düşüb. Sonra eniş sürətini azaldan Bitcoinin məzənnəsi 89,514 min dollar təşkil edib.

Bitcoinlə yanaşı, Ethereum, Solana və XRP kimi digər kriptovalyutalar da son 24 saat ərzində 12%-16% arasında dəyər itiriblər.

Xatırladaq ki, bir ay əvvəl bitkoinin qiyməti 109 min dolları ötmüşdü. ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən gələn mallara yeni tariflər tətbiq etməsindən sonra kriptovalyutanın dəyəri azalmağa başlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   bitkoin   ucuzlaşma  





Xəbər lenti