Kreml Ağ Evlə münasibətlərin bərpası mərhələlərini açıqlayıb

   Kreml Ağ Evlə münasibətlərin bərpası mərhələlərini açıqlayıb
  25 Fevral 2025    Oxunub:305
Rusiya və ABŞ dialoqu bərpa və Ukraynadakı münaqişəni həll etməlidirilər, bundan sonra birgə iqtisadi layihələr mümkün olacaq. Bundan əvvəl prezidentlər nadir torpaq metalları üzrə əməkdaşlığa hazır olduqlarını bəyan ediblər.
AzVision.az xəbər verir ki, Co Bayden administrasiyası dövründə Rusiya və ABŞ arasında ikitərəfli dialoqun “faktiki olaraq sıfıra endirildiyini” deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin və Donald Trampın dialoqun bərpası üçün siyasi iradə nümayiş etdiriklərini bildirib.

Onun sözlərinə görə, indi ekspertlər səviyyəsində tərəflər onun dialoqun normallaşdırılması üzrə tədbirləri, xüsusən də diplomatik korpusların işini müzakirə edəcəklər.

“Gündəlikdə növbəti məsələ Ukrayna böhranının həlli məsələsidir. Sonra, xüsusən amerikalıların özləri bu barədə danışdıqları üçün, mümkün ticarət, iqtisadi və investisiya qarşılıqlı layihələrini nəzərdən keçirmək növbəsi gələcək. Bunun üçün çox geniş perspektivlər var”, - Kremlin sözçüsü deyib.

Bu baxımdan, əməkdaşlığın perspektivli sahələrindən biri ABŞ-nin ehtiyac duyduğu və Rusiyanın malik olduğu nadir yeraltı metallardır: “Bizim strateji resursların inkişafı ilə bağlı öz planlarımız var, lakin bu, əməkdaşlıq üçün kifayət qədər geniş perspektivlər açır. Ona görə də perspektivlər var, imkan var. Belə deyək, bunun üçün siyasi iradənin təzahürü məqamı gələndə biz açıq olacağıq”.

Putinin ABŞ-yə inanıb-inanmadığı barədə sualın cavabında Peskov deyib ki, hələ “bir çox addımlardan” ibarət “gedilməli ciddi yol” var. Son dörd ildə ikitərəfli münasibətlər “zədələnib” və “bu, bir gecədə bərpa oluna bilməz və qarşıda çox iş var”.

ABŞ və Rusiya təmsilçiləri bu gün Ər-Riyadda görüşəcəklər
Qeyd edək ki, dünən Vladimir Putin Rusiyanın nadir yeraltı metalların hasilatı üzrə ABŞ da daxil olmaqla xarici tərəfdaşlarla birgə işləməyə hazır olduğunu açıqlayıb. Bundan əvvəl isə Trampın özü Rusiyanın faydalı qazıntılarına və digər “çox qiymətli ehtiyatlara” maraq göstərdiyini bildirmişdi. O, həmçinin Putinlə “böyük iqtisadi inkişaf sazişləri” və Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlardan söhbət açaraq, Rusiya ilə ABŞ-nin razılığa gələcəyinə əminliyini bildirib.

Xatırladaq ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə olaraq fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ-nin yüksək rütbəli nümayəndələrinin görüşü baş tutub. Tərəflər səfirlik işçilərinin sayını bərpa etmək və hərbi əməliyyatları dayandırmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Eyni zamanda, diplomatik mənbələrə istinad edən Almaniyanın “Die Zeit” nəşri bu gün yenidən Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və Amerika nümayəndə heyətlərinin ikinci görüş keçirəcəklərini yazıb. Lakin Rusiya XİN-i özünün xətti ilə belə görüşün keçirilmədiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   dialoq  





Xəbər lenti