HƏMAS növbəti danışıqlara qədər İsraili 600 fələstinlini azad etməyə çağırıb

HƏMAS-ın siyasi bürosunun sözçüsü Basem Naim verdiyi yazılı açıqlamada təşkilatın razılaşmanın bütün müddəalarına tam əməl etdiyini, İsrailin hərəkətlərinin isə razılaşmanın pozulması və potensial olaraq müharibənin yenidən başlaması riskini artırdığını bildirib.
O, İsrailin 600 fələstinlini azad etməyənə qədər razılaşmanın ikinci mərhələsi üzrə danışıqları qeyri-mümkün olduğunu söyləyib.
Xatırladaq ki, fevralın 22-də HƏMAS daha 6 israilli əsiri azad edib və özü tərəfdən sövdələşmənin birinci mərhələsinin başa çatdığını elan edib. İsrail həmin gün 602 fələstinli məhbusu həbsdən azad etməli idi. Bununla belə, İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS israilli əsirləri təhvil verərkən həyata keçirdiyi “alçaldıcı mərasimləri” dayandırana qədər həmin məhbusların azadlığa buraxılması təxirə salınacaq.
AzVision.az
Teqlər: