Alman şirkətləri və avtomobil istehsalçıları Rusiyaya qayıtmaq istəyirlər

   Alman şirkətləri və avtomobil istehsalçıları Rusiyaya qayıtmaq istəyirlər
  26 Fevral 2025    Oxunub:371
Almaniyanın maşınqayırma şirkətləri və avtomobil istehsalçıları sanksiyaların aradan qaldırılacağı təqdirdə Rusiya bazarına qayıtmaq istəyirlər.
Bu barədə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer Rusiya mediasına müsahibəsində məlumat verib.

Ukraynanı Türkiyə bərpa edəcək
O, artıq ölkəsində aparıcı saytların da bu barədə yazmağa başladığını xatırladıb: “İnanıram ki, bir çox maşınqayırma sənayesinə dair şirkətlər Rusiyaya qayıtmağa hazır olacaqlar. Alman mediası isə artıq əksər şirkətlərin bizneslərini bərpa etmək istədiyini müzakirə edir”.

Nimeyerin sözlərinə görə, xüsusən alman avtomobil istehsalçıları və alman pərakəndə satış şirkətləri Rusiya bazarına qayıtmaqda maraqlı görünürlər.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti Almaniyanın digər ölkələr vasitəsilə Rusiyadan sıxılmış təbii qaz (LNG) almağa davam etdiyini yazmışdı.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Rəsmi Moskvanın işğalçılıq siyasətinə görə Qərb ölkələri kütləvi şəkildə Rusiyaya sanksiyalar tətbiq etməyə başladı. Sanksiyalar çərçivəsində xeyli sayda şirkət Rusiya bazarını tərk etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Almaniya  





Xəbər lenti