Quş məktəbin həyətinə kəsilmiş uşaq əli atdı

   Quş məktəbin həyətinə kəsilmiş uşaq əli atdı
  26 Fevral 2025    Oxunub:415
İrlandiyanın Dublin şəhərində sakinləri şoka salan dəhşətli hadisə baş verib.
“Irish Mirror”un yaydığı məlumata görə, polis məktəblərdən birinin həyətində kəsilmiş uşaq qolu aşkarlayıb.

100 min körpədən birində yaşanan xəstəlik: Gözsüz doğuldu
Nəşr yazıb ki, hüquq-mühafizə orqanları əməkdaşları bunu bir müddət öncə şəhərdə bir uşağın ağır şəkildə xəsarət alması insidenti ilə əlaqələndiriblər. Təhlükəsizlik kameralarına düşən görüntülərdə isə bir quşun məktəbin qarşısında insan əlini yerə atması əks olunub.

"Dəhşətli tapıntı barədə məlumat alan polis əməkdaşları təhsil ocağının həyətini mühasirəyə alaraq insan əzasına ətraflı baxış keçiriblər. Hüquq-mühafizə orqanları belə ehtimal edirlər ki, bu 12 yaşlı uşağa aiddir",- nəşr yazıb.

Qeyd edək ki, bu hadisədən bir gün əvvəl şəhərdə bir uşaq tonqalın yanında əlindı əlində kiçik qaz balonu tutan zaman faciə ilə üzləşmişdi. Balon partlayaraq uşağın əlini qoparıb. O, təcili xəstəxanaya yerləşdirildiyi üçün sağ qalıb. Ehtimal olunur ki, quş partlayış nəticəsində xeyli kənara atılmış əzanı hadisə yerindən götürə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İrlandiya   Quş   Polis  





Xəbər lenti