Mask Moldova mediasının pulunu kəsdi

Mask Moldova mediasının pulunu kəsdi
  26 Fevral 2025    Oxunub:302
ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Moldova KİV-lərinin inkişafı üçün ayrılan 32 milyon dollar məbləğində maliyyə vəsaitini ləğv etmək qərarına gəlib.
AzVision.az xəbər verir ki, DOGE-nin məlumatına istinad edən “Noi” nəşrinin yazdığına görə, bu pullar demokratiya, inklüzivlik və hesabatlılıq maraqları naminə medianın səlahiyyətlərinin artırılmasını təşviq etmək, həmçinin davamlı media institutlarını dəstəkləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, İlon Mask bu qərarı Donald Trampın ədalətsiz və əsaslandırılmamış saydığı xərclərlə bağlı tənqidi fonunda verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Moldova   media  





Xəbər lenti