“Milliyətcə fransız olan həmin şəxslər ortya çıxardığımız sübut və faktları qəbul edirlər. Onlar öz əməllərini Rusiya ilə Ukrayna arasında yaranmış münaqişə ilə əlaqələndiriblər. Belə bir əməl üçün münaqişədən motivasiya alıblar. Bu iki şəxs sabahkı dinləmələr üçün hakim qarşısına çıxacaqlar”, - məlumatda qeyd edilib.
![]() |
Rusiya konsulluğu yaxınlığında partlayış olub - VİDEO |
Xatırladaq ki, fevralın 24-də Rusiya konsulluğunun ərazisində güclü partlayış törədilib.
Bundan bir neçə gün öncə isə Rusiya Xarici Kəşfiyyat Xidməti və rəsmiləri diplomatik nümayəndəliklərə qarşı silsilə terror aktlarının təşkil edilə biləcəyi barədə bəyanatlar yaymışdı. İddia olunur ki, Kiyev hazırda aktivləşən danışıqları pozmaq üçün Rusiyanın Avropadakı diplomatik nümayəndəliklərini bu yolla hədəfə alır.
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev də üç gün öncə bu mövzuda məlumat yaymışdı. O qeyd edib ki, Rusiyanının Xarici Kəşfiyyat Xidməti Almaniyanın hüquq-mühafizə orqanlarına məlumat ötürüb. Buna səbəb Ukraynanın Rusiya diplomatik qurumlarına qarşı terror aktları planlaşdırması olub.
Tural Tağıyev
AzVision.az