Vens ABŞ-dəki Ukrayna diasporuna müraciət edib

   Vens ABŞ-dəki Ukrayna diasporuna müraciət edib
  26 Fevral 2025    Oxunub:313
Ukraynalı amerikalılar ABŞ-ni öz ölkəsi kimi qəbul etməli və onun maraqlarına diqqət yetirməlidirlər.
AzVision.az xəbər verir ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens özünün “X” sosial şəbəkəsindəki səhifəində 2022-ci ildə Senata seçkilər kampaniyası zamanı ukraynalı Amerika vətəndaçı ilə görüşündən danışıb.

Vens qeyd edib ki, bu adam Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı fikirlərinə və onu “mümkün qədər tez bitirmək istəyinə” çox qəzəbli mövqe sərgiləyib: “Siz mənim ölkəmi tərk etməyə çalışırsınız və bu, mənim xoşuma gəlmir”.

- Cənab, sizin Vətəniniz ABŞ-dir, necə ki, ABŞ mənim də Vətənimdir”, - Ceyd Di Vens həmin dialoqda verdiyi cavabla bölüşüb.

Onun yazdığına görə, yeni mühacirlərin “köhnə etnik rəqabətləri” həll etmək üçün “yeni millətin gücündən və təsirindən istifadə etməyə” hazır olduqlarını həmişə təhqiramiz sayıb.
Vitse-prezidentin fikrincə, “assimilyasiya”nın ən vacib hissələrindən biri ABŞ-nin öz ölkəsi kimi qəbul edilməsidir.

“Bu, razılaşmanın bir hissəsidir: əgər siz bizim milli ailəmizə qəbul olunsanız, ABŞ-nin maraqlarını nəzərə almalısınız”, - siyasətçi vurğulayıb.

Eyni zamanda Vens qeyd edib ki, onun fikirləri ilə razılaşan çoxlu Ukrayna əsilli amerikalılarla görüşüb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Vens   ABŞ   ukraynalılar  





Xəbər lenti