Memorandum “ASAN xidmət” təcrübəsinin Belarus Respublikasında tətbiqini, eləcə də mərkəzlərdə təcrübələrin təşkilini, Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.
Səfər zamanı Dövlət Agentliyinin nümayəndə heyəti ilə Belarus Respublikasının müvafiq qurumlarının nümayəndələri arasında görüşlər keçirilib. Görüşlərdə "ASAN xidmət” və Dövlət Agentliyi tərəfindən həyata keçirilən layihələr barədə geniş təqdimatlar edilib.
AzVision.az