“Məhkəmə tərəflərin arqumentlərinə mahiyyəti üzrə baxılana qədər dairə hakiminin qərarının icrasını dayandırıb”, - məlumatda bildirilir.
Qeyd edək ki, fevralın ortalarında Kolumbiya dairəsinin federal hakimi Tramp administrasiyasının dondurulmuş xarici yardım üzrə ödənişləri bərpa etməsi barədə qərar çıxarmışdı.
“Yeni administrasiyanın bəyan etdiyi məqsəd proqramları onların effektivliyi baxımından nəzərdən keçirmək imkanı yaratmaq idi. Lakin cavabdehlər şok dalğalar yaradan və minlərlə razılaşmanın maraqlarını alt-üst edən Konqresin bütün xarici yardım ayırmalarının tamamilə dayandırılmasının niyə proqramların nəzərdən keçirilməsinin rasional addım olduğuna dair heç bir izahat verməyiblər”, - həmin qərada deyilirdi.
![]() |
Tramp administrasiyası məhkəməyə verildi |
Lakin bu məsələdə nöqtə qoyan ABŞ-nin Ali Məhkəməsi Ağ Ev administrasiyasının mövqeyini dəstəkləyib.
Xatırladaq ki, yanvarın 20-də prezidentlik vəzifəsinin icrasına başladıqdan sonra Donald Tramp sözügedən proqramların Vaşinqtonun xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün xarici inkişaf yardımının 90 gün müddətinə dayandırılması barədə sərəncam imzalayıb. Bununla razılaşmayan qüvvələr qərardan məhkəməyə şikayət ediblər.
Sahil İsgəndərov
AzVision.az