Tusk Trampın Aİ barədə fikri ilə razı deyil

   Tusk Trampın Aİ barədə fikri ilə razı deyil
  27 Fevral 2025    Oxunub:406
Avropa İttifaqı (Aİ) kimisə hərifləmək üçün deyil, “transatlantik dostluğu” möhkəmləndirmək məqsədilə yaranıb.
AzVision.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk ABŞ-nin Avropa İttifaqı (Aİ) mallarına 25 faizlik gömrük rüsumları tətbiq etməsinə cavab olaraq belə deyib.

“Aİ kimdənsə faydalanmaq üçün yaradılmayıb. Tam əksinə. O, sülhü, ölkələrimiz arasında hörməti qorumaq, azad və ədalətli ticarət qurmaq və transatlantik dostluğumuzu möhkəmləndirmək üçün yaradılıb. Hər şey belə sadədir”, - Donald Tusk “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bloomberg: “Transatlantika alyansı Münhendə öldü”
Dünən ABŞ prezidenti Donald Tramp Vaşinqtonda hökumətin ilk iclasında Aİ-dən gələn mallara gömrük rüsumlarının tətbiqi barədə qərarın artıq verildiyini və tezliklə elan ediləcəyini bildirib. Həm də bunun təkcə avtomobillərə yox, həm də “bütün digər mallara” da təsir edəcəyini açıqlayıb. O, eyni zamanda, Aİ-nin öz maraqları naminə ABŞ-dən istifadə etmək üçün yaradıldığını iddia edib.

Polşanın baş nazirinin “transatlantik dostluq” iddiasına gəldikdə isə, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhendə Avropanın siyasi elitasına qarşı səsləndirdiyi sərt ittihamlardan sonra “Bloomberg” agentliyi “transatlantik alyans”ın öldüyünü yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp     Tusk  





Xəbər lenti