"Dini qurumlarla koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır"

Dövlət Komitəsinin sədri ölkədə unikal harmoniyanın təbliğ edilməsi istiqamətində həyata keçirilən layihələrin dini fərqliliklərin cəmiyyətin qütbləşməsinə yönəldilməsi cəhdlərinin qarşısını almaq üçün ən effektiv üsullardan biri olduğunu qeyd edib.
R.Məmmədov müntəzəm olaraq Bakı və regionlarda ibadət evlərini ziyarət etməsinin əsas məqsədinin məscid, kilsə, sinaqoqların fəaliyyəti ilə daha yaxından tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, həmçinin din xadimlərini dini sahədəki prioritetlər və qarşıda duran vəzifələr barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib.
Daha sonra rəy və təkliflərini səsləndirən din xadimləri Azərbaycan hökumətinin tolerantlıq və multikulturalizm siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar. Ölkədə ənənəvi İslamın, tarixən formalaşmış dini-mənəvi, tolerant dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını söyləyiblər.
AzVision.az
Teqlər: