Mədəniyyət naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib

Mədəniyyət naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib
  28 Fevral 2025    Oxunub:266
Mədəniyyət naziri Adil Kərimli fevralın 28-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib.
Nazirlikdən bildirilib ki, əvvəlcə nazir Adil Kərimli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Nazirliyin müvafiq struktur bölmələri rəhbərlərinin də iştirak etdiyi qəbulda Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciət və təkliflərini diqqətə çatdırıblar.

Vətəndaşların müraciətləri, əsasən, mədəniyyət sahəsinə dair təkliflər, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması, əməyin qiymətləndirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşlar tərəfindən səsləndirilən hər bir məsələnin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilərin qeyd etdikləri məsələlərə xüsusi diqqət göstərilməsi və obyektiv baxılması ilə bağlı nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti