Keçmiş Müdafiə nazirləri Trampın əleyhinə çıxdılar

   Keçmiş Müdafiə nazirləri Trampın əleyhinə çıxdılar
  28 Fevral 2025    Oxunub:323
ABŞ-nin beş sabiq Müdafiə naziri prezident Donald Trampın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Çarlz Braunu və digər hərbi zabitləri “ağısızcasına” işdən çıxarmasını pisləyib.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin 5 keçmiş Müdafiə naziri bununla bağlı Konqresə kollektiv etiraz məktubu göndəriblər.

“Prezident Trampın hərəkətləri bizim könüllü qüvvəmizə zərbə vurur və milli təhlükəsizliyimizi zəiflədir”, - məktubda deyilir.

Məktubu Uilyam Perri, Leon Panetta, Çak Heygel, Lloyd Ostin və Trampın ilk prezidentliyi dövründə Pentaqonun rəhbəri vəzifəsində çalışmış təqaüdçü dəniz generalı Ceyms Mettis yazıblar. Onlar Tramp administrasiyasını “ordunu siyasiləşdirmək”də ittiham ediblər.

- Hərbi qulluqçuların işdən çıxarılması ilə bağlı qərarlar partiyanın üstünlükləri əsasında qəbul edilərsə, bu, orduda karyera qurmaq istəyənlərin axınını azaldacaq və onun tabeliyində olanların öz fikirlərini ifadə etməsini əngəlləyəcək”, - məktubun müəllifləri xəbərdarlıq ediblər.

Pentaqonun keçmiş rəhbərləri ABŞ Konqresini Donald Trampı bu “ağılsız” hərəkətlərə görə məsuliyyətə cəlb etməyə çağırıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   nazirlər   qarşıdurma  





Xəbər lenti