Penitensiarda ciddi nöqsan: Xəstə məhbuslara dərman verilmir

Bəzi müəssisələrdə dərman təminatının qənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən (epilepsiya, serebral iflic və digər), habelə İİV/QİÇS və şəkərli diabetdən əziyyət çəkənlər üçün dərmanların ümumiyyətlə verilmədiyi (2 və 5 saylı cəzaçəkmə müəssisələrində) müəyyən edilib.
Başçəkmələr zamanı bəzi müəssisələrdə dərman preparatlarının saxlanma qaydalarına riayət edilmədiyi, xüsusi soyuducuda saxlanılması zəruri olan dərmanların açıqda saxlanılması halları (5 saylı cəzaçəkmə müəssisəsi) aşkar edilib.
Başçəkmə çərçivəsində həyata keçirilən qəbullar zamanı bəzi məhkumlar tibbi xidmətlərdən şikayət etmiş, həkim qəbuluna düşməyin çətin olduğunu, ümumiyyətlə müayinə və müalicə olunmaqda çətinliklərlə üzləşdiklərini bildiriblər.
AzVision.az
Teqlər: