İsrail Qəzzada elektrik enerjisini kəsməyi planlaşdırır

   İsrail Qəzzada elektrik enerjisini kəsməyi planlaşdırır
  03 Mart 2025    Oxunub:432
İsrail Fələstinin HƏMAS qruplaşmasına atəşkəs sazişinin uzadılması, habelə əsir mübadiləsinin şərtlərinin lazımınca yerinə yetirilməsi üçün təzyiq göstərmək məqsədilə Qəzza zolağında elektrik enerjisini kəsmək niyyətindədir.
İsrail İctimai Yayım Şirkətinin ("Kan") məlumatına görə, zolağa humanitar yardım təminatının dayandırılması da nəzərdə tutulur. Bildirilir ki, "maksimum təzyiq planı" çərçivəsində başqa tədbirlərin də həyata keçirilməsi istisna deyil. Eyni zamanda, Qəzzanın mülki əhalisinin yenidən şimaldan cənuba doğru köçürülməsi də mümkündür.

"Bütün bu tədbirlər nəticə verməsə, müharibənin yenidən başladılması qaçılmazdır. Üstəlik, ABŞ-nin keçmiş rəhbərliyinin göndərdiyi ağır bombalar, həmçinin Tramp hökumətinin göndərdiyi milyardlarla dollar dəyərində silah-sursat da istifadə olunacaq", - məlumatda deyilir.
Qəzzada atəş yenidən qığılcımlanır

Xatırladaq ki, yanvarın 19-da İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında üçmərhələli atəşkəs sazişi qüvvəyə minib. Sazişə baxmayaraq, tərəflər yenidən müharibəyə qayıtmağa meyilli görünürlər. Yerli və xarici mətbuat yazır ki, bir-birini atəşkəsi pozmaqda, əsir mübadiləsinin şərtlərini yerinə yetirməməkdə günahlandıran İsrail və HƏMAS, əslində, bir-birindən ciddi həmlə gözləyir. Belə ki, onlar atəşkəsin yox, müharibənin "növbəti mərhələsi"nə müəyyən ölçüdə hazırlıq işləri görürlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti