Aİ ABŞ-nin dəstəyi olmadan hərəkət etmək istəmir

   Aİ ABŞ-nin dəstəyi olmadan hərəkət etmək istəmir
  03 Mart 2025    Oxunub:439
Bir sıra Avropa liderləri Ukraynanı dəstəkləyəcəklərini vəd etsələr də, onlar ABŞ olmadan irəliləməkdənsə, Kiyevin Vaşinqtonla əlaqələrini bərpa etməsini görməyə üstünlük verəcəklərini bildiriblər.
AzVision.az xəbər verir ki, “Euractiv” portalı bununla bağlı Avropa İttifaqının (Aİ) rəsmi təmsilçilərindən birinin dediklərindən sitat gətirib.

“Aİ liderlərinə ABŞ ilə, xüsusən də NATO kontekstində yaxından işləməyə davam etmək vacibdir. Əlavə təhlükəsizlik zəmanətlərinə gələcək Avropa töhfələri ABŞ ilə əl-ələ verərək inkişaf etdirilməlidir”, - avropalı məmur bildirib.

Trampın acığına: Avroliderlər Ukraynaya dəstək üçün toplaşdılar
Portal qeyd edir ki, Kiyevin avropalı müttəfiqlərində Ukraynadakı vəziyyətin həlli üçün səylərə rəhbərlik edə biləcək lider yoxdur və Aİ ABŞ-siz bu istiqamətdə getmək istəmir. Nəşr, həmçinin Avropa liderlərinin Parisdə keçirilmiş son iki görüşünün konkret həll planlarının hazırlanmasına səbəb olmadığına diqqət çəkib.

Qeyd edək ki, dünən Londonda Ukraynadakı vəziyyətin həllinə həsr olunmuş iclas keçirilib. Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Polşa, Rumıniya, Finlandiya, Fransa, Çexiya, İsveç liderləri, həmçinin Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen, Avropa Şurasının (AŞ) rəhbəri Antonio Koşta və NATO-nun baş katibi Mark Rütte oraya toplaşıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:     ABŞ   Ukrayna  





Xəbər lenti