İtaliyalı kino ulduzu Eleonora Giorgi vəfat edib

   İtaliyalı kino ulduzu Eleonora Giorgi vəfat edib
  03 Mart 2025    Oxunub:402
Mədəaltı vəzi xərçəngindən müalicə alan İtaliyanın məşhur kinorejissor, aktrisa, ssenarist və film prodüseri Eleonora Giorgi 71 yaşında vəfat edib.
1971-ci ildə “Tarantulanın qara qarnı” filmində epizodik Made rolunda görünən aktrisa ilk baş rolunu Salvatore Samperinin rejissoru olduğu “The Misfit” filmindəki Mariuccia obrazı ilə yaradıb. O, 80-ci illərin italyan komediyalarında aparıcı qadın rollarının ifaçısı kimi şöhrət qazanıb. Eleonora Giorgi məşhur italyan komediyaçıları Adriano Çelentano, Renato Pozzetto, Conni Dorelli, Karlo Verdone ilə partnyor kimi çıxış edib.

2003-cü ildə Giorgi 80-ci illərin komediyalarında onun əsas rəqibi olmuş Ornella Mutinin baş rolda oynadığı “Kişilər və qadınlar, həqiqət və yalan” filminin rejissoru, ssenari müəllifi və prodüseri, 2008-ci ildə çəkilən “Son yay” komediyasının rejissoru olub. O, radioda fəaliyyət göstərib, televiziya şoularında iştirak edib və teleseriallara çəkilib.

AzVision.az


Teqlər:





Xəbər lenti