Şahin Babayev AZCON-un icraçı direktoru təyin edilib

   Şahin Babayev AZCON-un icraçı direktoru təyin edilib
  03 Mart 2025    Oxunub:433
Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru təyin edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Ş.Babayev 2011-ci ildə Sumqayıt Texnologiyalar Parkında çalışıb, 2012-2021-ci illərdə Azərkosmosun Maliyyə departamentinin rəhbəri vəzifəsində işləyib.

O, 2023-cü ildə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2024-cü ildə isə nazirin müavini təyin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti