USAID Moldovadakı prezident seçkilərinə də pul ayırıbmış

   USAID Moldovadakı prezident seçkilərinə də pul ayırıbmış
  04 Mart 2025    Oxunub:379
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) Moldovada 2024-cü ildəki prezident seçkiləri zamanı seçicilərlə bağlı kampaniyaların maliyyələşdirilməsinə 124,200 dollar ayırıb.
Xarici KİV-in yaydığı məlumata görə, bu barədə USAİD-in ictimaiyyət üçün açıq olan proqramlara dair məlumat bazasında informasiyalar eyr alıb.

Moskva: “Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib
"Təqdim olunan məlumatlara görə, 2024-cü ildə USAID Moldovanın dayanıqlığını təmin etmək təşəbbüsləri çərçivəsində yerli Klumea qeyri-hökumət təşkilatına 124,2 min ABŞ dolları məbləğində qrant ayırıb. Maliyyələşdirmə “moldovalılar arasında Avropaya inteqrasiyaya dəstəyi artırmaq və gücləndirmək” məqsədi daşıyıb". - "Gazeta" yazıb.

Bundan əvvəl Moldovanın keçmiş prezidenti, ölkənin ən böyük müxalifət təşkilatı olan Sosialistlər Partiyasının lideri İqor Dodon diqqət çəkən bəyanat yaymışdı. O deyib ki, Sosialistlər Partiyası 2025-ci ildə Moldova prezidenti Maya Sandunu istefaya göndərməsinə nail olacaq.


Qeyd edək ki, USAID müəmmalı və şübhəli fəaliyyətinə görə Ağ Ev-in yeni rəhbərinin "qara siyahısı"na düşüb. Hələ fevralın 7-də ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasındakı paylaşımında USAID-in bağlanmalı olması barədə yazmışdı.
“Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!”, - o qeyd edib.

Fevral ayının əvvəlində həmçinin Trampın administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin gülməli və ya dəxilsiz adlandırılan xərclər siyahısını dərc etdi. Sənəddə göstərilib ki, USAID təkcə Serbiyadkı iş yerlərində və biznes icmalarında bərabərliyin, inklüzivliyin təşviqi üçün 1,5 milyon dollarayırıb. Bundan başqa, Kolumbiyada “transgender operası”na 47 min dollar və Qvatemalada LGBT-aktivistlərin fəallığına 2 milyon dollar yönəldilib. Gülməli görünən digər xərclər siyahısında Peruda "transgender pişik balığı kitabı" üçün 32.000, İrlandiyada DEA musiqili tamaşasına isə 70 min dollar ayrılması da var.
Tural Tağıyev
AzVision.az



Teqlər:   USAID   Moldova   Seçkilər  





Xəbər lenti