İsrail Suriya ilə sərhəddə əməliyyat keçirir

   İsrail Suriya ilə sərhəddə əməliyyat keçirir
  04 Mart 2025    Oxunub:298
İsrail Ordusu Suriya ilə sərhəddəki "Colan təpələri" adlı ərazidə partlayıcı maddələrin təmizlənməsi üzrə əməliyyatlara başlayıb.
İsrailin Müdafiə Nazirliyinin məlumatına görə, minatəmizləmə əməliyyatı əsasən Eyn-Zivan qəsəbəsi ətrafında aparılır. Proses çərçivəsində partlayış səsləri eşidiləcəyi, ərazidə tüstü buludları yaranacağı barədə əhaliyə xəbərdarlıq ünvanlanıb.

Məlumat üçün bildirək ki, İsrail Suriyanın mübahisəli Colan təpələrininin üçdə ikisini 1967-ci ildə baş vemriş Altıgünlük müharibədə ələ keçirilib. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və Colan təpələri Suriya ərazisi sayılmaqdadır.

Colan təpələri istər Suriyadakı vətəndaş müharibəsi dövründə, istərsə də Livan "Hizbullah"ının İsrailə qarşı təqribən son iki ildə artan hücumları əsnasında minaatan, raket və pilotsuz uçuş aparatları (PUA) ilə mütəmadi surətdə atəşə tutulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Suriya   sərhəd   əməliyyat  





Xəbər lenti