“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi

Mərkəzdə müştərilər həm yüksək texnoloji həllərdən yararlana, həm də süni intellekt dəstəkli xidmətlər haqqında ətraflı məlumat ala bilərlər. Xüsusilə, elektron guşələr və növbəli keçid sistemi müştəri əməliyyatlarının daha keyfiyyətli və sürətli şəkildə həyata keçirilməsini təmin edir. Vurğulayaq ki, yeni açılmış Müştəri Xidmətləri Mərkəzi "Bakcell"in ölkə üzrə sayca 21-ci xidmət mərkəzidir.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda “Bakcell” üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
AzVision.az
Teqlər: