Ukrayna ABŞ-yə əvəz axtarır

   Ukrayna ABŞ-yə əvəz axtarır
  04 Mart 2025    Oxunub:324
Kiyev fəal şəkildə Amerika hərbi yardımına alternativ axtarır və Vaşinqtonun dəstəyi dayandırmaq qərarından sonra mövcud silahların auditini aparır.
AzVision.az xəbər verir ki, Ukrayna prezidentinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, Kiyev tərəfdaşlıq istehsalı vasitəsilə nəyin əvəz oluna biləcəyini, kommersiya bazarlarında nəyin alına biləcəyini və Avropa müttəfiqlərinin hansı imkanlar təqdim etdiyini qiymətləndirir. Eyni zamanda, ABŞ-la danışıqlar imkanı qalır.

“Biz avropalı tərəfdaşlarla müzakirələr aparırıq, lakin amerikalılarla dialoq imkanını əldən vermirik”, - Podolyak deyib.

Podolyak: “Tramp Putini tələyə çəkir”
Yeri gəlmişkən, bir neçə gün əvvəl Mixail Podolyak ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putini tələyə saldığı və Rusiyanı “minimal məbləğə vassal nəzarətinə götürmək” istədiyi barədə iddia səsləndirmişdi.

Xatırladaq ki, “Bloomberg” agnetliyi bu gün ABŞ prezidenti Donald Trampın Ukraynaya bütün hərbi yardımın dayandırılması barədə göstəriş verdiyi barədə məlumat yayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   ABŞ   alternativ  





Xəbər lenti