Serqey Markov: "Böhran ötüşüb"

Markova görə münasibətlərdə müsbət dönüşün göstəriciləri aşağıdakılardır :
1. Moskvada müasir Azərbaycanın qurucusu, Prezident İlham Əliyevin atası Heydər Əliyevin abidəsinin təntənəli açılışı oldu. Moskva merinin iştirakı ilə!
2. Rusiyanın “Alfastraxovanie” şirkəti AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində zərər çəkənlərə təzminat ödənildiyini açıqladı – yəni Rusiya bir daha etiraf etdi ki, fəlakətin səbəbkarı kimdir.
3. Ramzan Kadırov təyyarənin ekipajına Çeçenistanın ən yüksək mükafatlarını verdi.
4. Rusiyanın dövlət mediasında son bir neçə həftə ərzində Azərbaycan haqqında bircə dənə də mənfi rəy olmayıb.
5. Eyni münasibət Azərbaycan mediasında da müşahidə edilir.
6. Bu onu deməyə əsas verir ki, Rusiyanın Azərbaycana münasibətdə dövlət siyasəti maksimum müsbət səviyyədədir.
7. Böhranı ötüb-keçmiş hesab etmək olar”.
Röya Əliyeva
AzVision.az
Teqlər: