Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib

İftar məclisində çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar. Çıxışlar zamanı, həmçinin dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb.
“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını təbrik ediblər.
Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri artıq 5 ildir həyata keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur.
AzVision.az
Teqlər: