Qırğızıstanda dövlət lotereya şirkətinin rəhbəri həbs edilib

Qırğızıstanda dövlət lotereya şirkətinin rəhbəri həbs edilib
  05 Mart 2025    Oxunub:489
Qırğızıstanın dövlət lotereya şirkətinin direktoru investorlardan 10 min dollar pul tələb etdiyinə görə həbs edilib.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (MTK) mətbuat mərkəzi məlumat yayıb. Vurğulanıb ki, komitə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin tabeliyində olan “Dövlət Lotereya Şirkəti” (“Qırğızloto”) dövlət müəssisəsinin rəhbəri tərəfindən təşkil edilmiş korrupsiya sxemini müəyyən edib və bunun qarşısını alıb.

İstintaqın maraqları naminə adı və soyadı açıqlanmayan “Qırğızloto”nun direktoru tələb olunan məbləğin bir hissəsini alarkən əməliyyatçılar tərəfindən cinayət başında yaxalanıb. İstintaqın məlumatına görə, şübhəli şəxs ölkədə lotereya fəaliyyətini inkişaf etdirməyi planlaşdıran investorlardan 10 min dollar pul alıb. Üstəlik, əlavə tələblər qoyaraq, süni maneələr yaradaraq, hər lotereya biletinin satışından geri pul tələb edib.


AzVision.az



Teqlər:





Xəbər lenti