De Qolun nəvəsi: "Ukrayna artıq mövcud deyil!"

      De Qolun nəvəsi:    "Ukrayna artıq mövcud deyil!"
  05 Mart 2025    Oxunub:573
Fransanın beşinci respublikasının qurucusu və ilk prezidenti, general Şarl de Qollun nəvəsi Pyer de Qol diqqət çəkən açıqlamalar verib.
Onun sözlərinə görə, Ukrayna Rusiyaya qarşı müharibənin qızışdırılması üçün alət kimi istifadə edildi.

"Ukraynalılar bu səhvlərin əvəzini öz qanları ilə ödəyiblər. Söhbət Ukraynada bir milyona yaxın insanın ölməsindən və yaralananlardan gedir. Onlardan yalnız Rusiyaya qarşı müharibənin qızışdırılması üçün alət kimi istifadə olundu", - de Qol deyib.

Eyni zamanda, o, Ukraynanın suverenliyini itirdiyini iddia edib. Buna səbəb isə, Kiyevin milli sərvətləri satmasıdır.

Kuleba: "Yeni Rusiya-ABŞ reallığını qəbul etmək lazımdır"
"Zelenski artıq uzun müddətdir ki, öz ölkəsini satır. Kənd təsərrüfatına yararlı torpaqların 50 faizi artıq satılıb. Bu, İtaliya böyüklüyündə bir ərazidir. İndi isə nadir sərvətlərlə zəngin olan torpaqlar qalmayıb. Bu, təəssüf ki, parçalanacaq bir ölkə deməkdir... Beləliklə, Ukrayna artıq mövcud deyil", - de Qoll bildirib.

De Qolun nəvəsi sülh sazişinə nail olmaq və kütləvi ölümləri dayandırmaq istəyən ABŞ prezidenti Donald Trampın məlum mövqeyini də alqışlayıb. O, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya sülhməramlı adı altında avropalı əsgərlər göndərmək planını isə böyük axmaqlıq adlandırıb.

Pyer de Qollun fikrincə, ümumavropa ordusu konsepsiyası texnokratik Avropa ideyasıdır ki, bunun da məqsədi millətin ruh yüksəkliyini məhv etməkdir: "Yeri gəlmişkən, Fransa hələ Fransua Olland ölkədəki NATO bazalarının ekstraterritoriallığına səs verən zaman siyasi muxtariyyətini itirib".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Ukrayna  





Xəbər lenti