Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” forumu keçiriləcək

Həmçinin festival çərçivəsində Tovuz Rayon Mədəniyyət Evində saat 14:00-da “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu baş tutacaq. Forumun əsas məqsədi kənd təsərrüfatı kooperativlərinin potensialının artırılması və dövlət dəstəyi mexanizmlərinin daha səmərəli tətbiqinə töhfə verməkdir.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, aqrar sahədə fəaliyyət göstərən mütəxəssislər, fermerlər və kooperativ rəhbərləri iştirak edəcək. Forumda kooperativlərin fəaliyyətinin gücləndirilməsi, onların bazara çıxış imkanlarının genişləndirilməsi və istehsal proseslərinin daha effektiv idarə olunması ilə bağlı təqdimatlar və çıxışlar nəzərdə tutulur.
AzVision.az
Teqlər: Tovuz