Energetika nazirləri İqdırda görüşüb

Energetika nazirləri İqdırda görüşüb
  05 Mart 2025    Oxunub:603
Bu gün İqdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak etmək üçün Azərbaycan energetika naziri Pərviz Şahbazov Türkiyəyə səfər edib.
Pərviz Şahbazov qardaş ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə İqdır şəhərində görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Nəzərə çatdıraq ki, 2023-cü ilin sentyabrında İqdır-Naxçıvan qaz kəmərinin təməli Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bu gün hər iki dost və qardaş ölkənin prezidentləri tərəfindən boru kəmərinin istismara verilməsi mərasimi keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti