Vaşinqton Zelenskinin rəqibləri ilə gizli danışqılar aparıb

   Vaşinqton Zelenskinin rəqibləri ilə gizli danışqılar aparıb
  06 Mart 2025    Oxunub:552
ABŞ prezidenti Donald Trampın nümayəndələri Ukrayna prezidenti Volodimir Zelenskinin bir sıra siyasi rəqibləri ilə gizli görüş keçiriblər.
AzVision.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, görüşlərdə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko ilə əlaqəli olan “Avropa Həmrəyliyi” partiyasının əsas nümayəndələri iştirak ediblər.

“Trampın çevrəsindən olan dörd yüksək vəzifəli amerikalı məmur Ukraynada keçiriləcək prezident seçkilərini müzakirə etmək üçün ukraynalı siyasətçilərlə görüşüb”, - qəzetdə dərc olunan məlumatda deyilir.

Tramp: "Kiyev danışıqlar aparmaq istəyirsə, seçkilər keçirməlidir"
Nəşrin mənbələri, o cümlədən Ali Radanın üç deputatı və ABŞ-nin Respublikaçılar partiyasından olan anonim xarici siyasət eksperti, danışıqları aparanların Zelenski ilə müqayisədə Vaşinqton üçün daha əlverişli tərəfdaş kimi mövqe tutduqlarını iddia edir.

Xatırlladaq ki, təxminən iki həftə əvvəl ABŞ prezidenti Donald Tramp Floridadakı iqamətgahında keçirdiyi mətbuat konfransında münaqişənin həlli üçün danışıqlar masası arxasında oturmaq istəyən Kiyevin Ukraynada seçkilər keçirməsinin zəruri olduğunu bildirib.

Qeyd edək ki, Volodimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb, lakin hərbi vəziyyət səbəbindən ölkədə seçkilərin keçirilməsi ləğv olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   gizligörüş  





Xəbər lenti