Ankaranın NATO ilə bağlı planı

   Ankaranın NATO ilə bağlı planı
  06 Mart 2025    Oxunub:537
Avropa ABŞ prezidenti Donald Trampın qitədə yeni güc mərkəzi formalaşdırmaqla Vaşinqtonun Avropa təhlükəsizliyinin təmin edilməsində rolunu azaltmaq istəyinə cavab verməlidir.
AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “Financial Times” qəzetinə müsahibəsində belə deyib.

“Trampın hərəkətləri hamımız üçün oyanış çağırışıdır ki, birləşərək öz güc mərkəzimizi yaratmalıyıq”, - Türkiyə XİN-in rəhbəri vurğulayıb.

Hakan Fidan qeyd edib ki, NATO-nun “dağılacağı” təqdirdə Türkiyə yeni Avropa təhlükəsizlik arxitekturasının bir hissəsi olmağa hazırdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Türkiyə   NATO   plan  





Xəbər lenti