Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb

   Ermənistanın Naxçıvanla sərhəddə törətdiyi yanğın söndürülüb
  06 Mart 2025    Oxunub:494
Naxçıvanın Sədərək rayonu, Heydərabad qəsəbəsində Ermənistanla sərhəddə açıq ərazidə yanğın olub.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Ermənistan tərəfindən törədilmiş yanğınla əlaqədar əraziyə dərhal Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 7 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti