Bakıda daha bir restoranda nöqsanlar aşkarlanıb

Bakıda daha bir restoranda nöqsanlar aşkarlanıb
  06 Mart 2025    Oxunub:451
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakının Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında yoxlama keçiriblər.
Agentlikdən bildirilib ki, baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl olunmadığı müəyyən edilib. Həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinəyə verilib.

Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti