Ermənistanın hərbi təcavüzü nəticəsində 3983 vətəndaşımız itkin düşüb

Dövlət Komissiyasının katibi bildirib ki, itkinlərdən 3698-i kişi, 285-i qadındır. Bu müddət ərzində 1702 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb ki, onlardan 419-u hərbçidir.
Qeyd olunub ki, ötən dövrdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən itkinlərin taleyinin aydınlaşdırılması sahəsində müvafiq addımlar atılıb, ailələrdən bioloji nümunələrin götürülməsi prosesi davam etdirilib, DNT profilləri çıxarılıb.
AzVision.az
Teqlər: