The Ekonomist: “ABŞ ilə danışıqlar Kiyev üçün son şansdır”

Təhlükəsizlik sahəsində işləyən yüksək səviyyəli məmurlardan birinin fikrincə, ABŞ Ukraynadan tam çıxmağı düşünmür və nizamlanmaya daha “rasional” yanaşmaya qayıtmağa ümid edir.
Lakin başqaları hesab edir ki, danışıqlar uğursuz olarsa, Ukrayna yeni şans qazanmayaxaq. Belədə halda ABŞ Rusiya ilə razılaşdırılmış şərtlərdə fəal şəkildə israrlı olacaq.
“Kiyevdəkilər görüşün prosesin ləngiməsinə və ya Trampın Rusiyanın maraqlarına uyğun şəkildə güzəştə getmək cəhdinə səbəb ola biləcəyindən ehtiyatlanırlar. Ukrayna, öz növbəsində, ABŞ ilə mineral ehtiyatlar üzrə saziş bağlamağa və sülh yolu ilə nizamlanma halında təhlükəsizlik təminatlarına nail olmağa ümid edir”, - jurnal Ciddədə “sərt danışıqlar”ın keçəcəyini proqnozlaşdırır.
Bundan əvvəl Donald Trampın Yaxın Şərq üzrə Xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak, Xarici İşlər naziri Andrey Sibiqa və Müdafiə naziri Rustem Umerovun daxil olduğu Ukrayna nümayəndə heyəti ilə atəşkəs və sülh sazişinin şərtlərini müzakirə etməyə ümidli odluğunu açıqlayıb.
Sahil İsagəndərov
AzVision.az