Budapeştdə yaşıl enerjinin nəqlinə dair Saziş üzrə nazirlərin növbəti iclası keçirilir

Budapeştdə yaşıl enerjinin nəqlinə dair Saziş üzrə nazirlərin növbəti iclası keçirilir
  10 Mart 2025    Oxunub:804
Budapeştdəki Olimpiya Stadionunun konfrans zalında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayan tərəflərin Rəhbər Komitəsinin 10-cu iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, iclasda Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstandan olan nazirlərlə yanaşı, Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edir.

Görüşdən əvvəl qonaqları Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto qarşılayıb.

Hazırda nazirlərin məhdud tərkibdə görüşü keçirilir, ondan sonra plenar iclas olacaq. Tədbir mətbuat konfransı ilə yekunlaşacaq.

Xatırladaq ki, sözügedən Saziş 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə kabelin çəkilməsini nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Macarıstan   yaşılenerji  





Xəbər lenti