Daşnaklar İranla hərbi-siyasi ittifaqa çağırırlar

   Daşnaklar İranla hərbi-siyasi ittifaqa çağırırlar
  11 Mart 2025    Oxunub:581
“Daşnaksütyun” bürosunun nümayəndəsi, “Ermənistan” müxalifət blokunun deputatı Armen Rüstəmyan ölkəyə yeni xarici siyasətin lazım olduğnu bildirib.
AzVision.az xəbər verir ki, öz mövqeyini Rüstəmyan maraqları Ermənistan dövlətinin mövcudluğundan irəli gələn ölkələrlə əlaqələrin bərpa olunması zərurəti ilə izah edib.

Daşnak deputat Rusiya ilə mövcud və hüquqi əsası olan “strateji müttəfiqliyi” gücləndirməyə çağırıb. Ermənistan mətbuatının yazdığına görə, Rüstəmyan, həmçinin İrəvanın təcili şəkildə İranla hərbi-siyasi ittifaq bağlamalı olduğunu da deyib.

“İrana siyasi və hüquqi əsaslar əldə etmək imkanı verilməlidir ki, o, bizim milli maraqlarımızı tam şəkildə qoruya bilsin”, - erməni deputat vurğulayıb.

Başqa sözlə desək, erməniçilik ideoloqlarının siyasətinə sadiq qalan Armen Rüstəmyan digər dövlətlərin hesabına Ermənistanın təcavüzkar maraqlarının təmin olunması iddiasını növbəti dəfə gündəmə gətirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rüstəmyan   Ermənistan   İran  





Xəbər lenti