Zaxarova: "Özümüzün olanı qaytarırıq!"

 Zaxarova:  "Özümüzün olanı qaytarırıq!"
  11 Mart 2025    Oxunub:791
"Ukraynanın pilotsuz təyyarələrinin Moskvaya və Moskva vilayətinə kütləvi hücumu Rusiya Silahlı Qüvvələrinin Ukrayna qoşunları üzərində tam üstünlüyünün sübutudur.
Rusiya mediasının yaydığı məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

Moskva PUA-ların hücumunu ATƏT-in baş katibinin səfəri ilə əlaqələndirib
“Bu, Kiyevin terrorçu mahiyyətini sübut edir. Təbii ki, bu həm də bizim qüvvələrimizin döyüş meydanında özünə aid olanları geri qaytarmalarının sübutudur”, - diplomat bildirib.

Xatırladaq ki, bu gecə Ukrayna Rusiyaya qarşı ən böyük PUA hücumu həyata keçirib. Rusiyanın Müdafiə nazirliyi hava hücumundan müdafiə (HHM) sistemlərinin gecə ərzində ölkə ərazisi üzərində 337 PUA-nı məhv etdiyini açqılayıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   PUA   Moskva  





Xəbər lenti