ABŞ-dəkı həmvətənlərini soyan fırıldaqçı ermənilər saxlanılıb

ABŞ-dəkı həmvətənlərini soyan fırıldaqçı ermənilər saxlanılıb
  11 Mart 2025    Oxunub:523
Ermənistanda saxta Facebook səhifələri vasitəsilə ABŞ-dəkı həmvətənlərindən pul qoparan iki fırıldaqçı ifşa edilib.
Ermənistanın İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, cinayəti törədən D.G. və V. S. real insanların (Amerika ermənilərinin) fotoşəkillərindən ibarət saxta səhifələr yaradırlamış. Fırıldaqçılar bundan sonra həmin şəxslərin dostlarına və qohumlarına məktub yazıb maddi kömək istəyiblər.

"Onlar vəsaiti elektron pul kisələrinə və ya kriptovalyuta hesablarına köçürməyi xahiş ediblər. Ümumilikdə, fırıldaqçılar bu yolla 10,5 milyon dramdan (26,5 min ABŞ dolları-red.) bir qədər çox pul ala biliblər. Fırıldaqçılar bu pulu daha sonra kripto aktivlər vasitəsilə "yuya" biliblər", - məlumatda qeyd edilib.

Qeyd edilib ki, Amerika ermənilərinə dəymiş ziyandan cəmi 686 min dram (1,7 min dollar-red.) bərpa edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti