Azərbaycana 2 ayda 339 minə yaxın turist gəlib

Təkcə fevralda isə ölkəyə 165 968 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 5,1 % azdır.
Hesabat dövründə Azərbaycana ən çox turist 79 329 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (63 107 nəfər), 3-cü yerdə isə Hindistandan (33 663 nəfər) qərarlaşıb.
Bundan başqa, il ərzində İrandan 31,4 min, Gürcüstandan 17 min, Qazaxıstandan 11 min, Pakistandan 10,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 9,7 min, Səudiyyə Ərəbistandan 9,6 min, Özbəkistandan 5,8 min turist gəlib.
AzVision.az
Teqlər: