Rusiyanın Donetsk vilayətində hücumu dayanıb

   Rusiyanın Donetsk vilayətində hücumu dayanıb
  12 Mart 2025    Oxunub:599
Rusiya qoşunları bir ildən artıq müddət ərzidnə ilk dəfə olaraq Donbasda irəliləməyi dayandırıblar və hətta ələ keçirilən Ukrayna ərazilərinin bir hissəsinə nəzarəti itiriblər.
AzVision.az xəbər verir ki, Ukraynanın “Deep State” analitik mərkəzinə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, hücumun dayandırılması ABŞ və Ukrayna arasında martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarla eyni vaxta təsadüf edib.

“Ukraynanın hərbi bölmələri ölkənin şərqindəki rus qoşunlarını, xüsusən də Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) təchizatı üçün əsas logistika mərkəzi olan strateji əhəmiyyətli Pokrovsk şəhəri ərazisində tədricən sıxışdırır”, - agentliyin dərc etdiyi materialda bildirilir.

Buna qədər, 2024-cü ilin yanvarından başlayaraq, hücuma keçən Rusiya ordusu bir il ərzində 4168 km² ərazini tutub. Bu, Rusiyanın Sankt-Peterburq şəhərinin ərazisinin üç mislinə bərabərdir. Ən aktiv döyüşlər ötən ilin sentyabr-noyabr aylarında baş verib. Həmin vaxt Rusiya son bir ildə onun nəzarətinə keçən bütün ərazilərin 56,5%-ni fəth edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Donetsk   sakitlik  





Xəbər lenti