ABŞ Suriya ilə SDQ arasında razılaşmanı alqışlayır

   ABŞ Suriya ilə SDQ arasında razılaşmanı alqışlayır
  12 Mart 2025    Oxunub:566
"Vaşinqtonun dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriyanın yeni hökuməti arasında razılaşma sazişini məmnuniyyətlə qarşılayırıq".
Bu ifadələr ABŞ Dövlət Departamentinin Dövlət katibi Marko Rubionun dilindən yaydığı bəyanatda vurğulanır. Rubio söyləyib ki, bu saziş "ölkənin şimal-şərqinin vahid Suriyaya birləşdirilməsini nəzərdə tutur".

"ABŞ münaqişələrin qarşısını almaq üçün ən yaxşı həll yolu kimi qeyri-məzhəb idarəçiliyinə əsaslanan etibarlı siyasi keçidi dəstəkləyir. Suriyada azlıqlara qarşı son vaxtlar artan ölümcül hücumları narahatlıqla, müvəqqəti hökumətin qərarlarını diqqətlə izləyirik", - bəyanatda bildirilir.
SDQ: "Suriyanı birləşdirmək üçün fürsət yaranıb"

Xatırladaq ki, dünən kürd separatçılardan ibarət Suriya Demokratik Qüvvələrinin lideri Məzlum Əbdi Suriya Prezidenti Əhməd Əş-Şərəə ilə görüşüb. Onlar "Suriyanın yenidən qurulmasına", "suriyalıların hüquqlarını qorunmasına, "mehriban qonşuluq amalına" əsaslanan saziş imzalayıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Suriya   saziş  





Xəbər lenti