Saakaşvili daha 9 il həbs cəzası aldı

Saakaşvili daha 9 il həbs cəzası aldı
  12 Mart 2025    Oxunub:550
Gürcüstan məhkəməsi sabiq prezident Mixeil Saakaşvilini 3,2 milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham edərək ona 9 il həbs cəzası kəsib.
AzVision.az Gürcüstanın “Мtavari arxi” telekanalına istinadən xəbər verir ki, Tbilisi şəhər məhkəməsinin hakimi Badri Koçlamazaşvilinin açıqladığı qərara əsasən, Mixeil Saakaşvilinin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teymuraz Canaşiya da təqsirli bilinib. O, 300 min lari (1 min ABŞ dollarından çox) məbləğində cərimələnib.

Saakaşvili və Canaşiya əvvəllər dəfələrlə ittihamları rədd edərək prosesin siyasi xarakter daşıdığını bildiriblər.

Hazırda Saakaşvili artıq 6 illik həbs cəzası çəkir. Ona qarşı daha iki iş üzrə - Sandro Qirqvlianinin qatillərinin əfv olunması və deputat Valeri Gelaşvilinin döyülməsi ilə bağlı hökmlər çıxarılıb.

Yeni həbs müddəti Mixail Saakaşvilinin həbs olunduğu andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Beləliklə, hökmə əsasən, o, 2030-cu il oktyabrın 1-də azadlığa çıxa biləcək. Eyni zamanda, Saakaşvilinin barəsində 2007-ci il noyabrın 7-də baş verən hadisələr və sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesləri davam edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saakaşvili   həbs  





Xəbər lenti