Kelloq danışıqlardan uzaqlaşdırılıb - "Politico"

   Kelloq danışıqlardan uzaqlaşdırılıb    - "Politico"
  12 Mart 2025    Oxunub:473
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq münaqişəsinin həlli ilə bağlı danışıqlardan kənarlaşdırılıb.
Bu fikirlər "Politico"da dərc olunan məqalədəndir. Nəşr ABŞ administrasiyasının rəsmilərinə istinad edib.

Trampın yeni sülh planında nə var? - "Politico"nun versiyası
Müəllif yazıb ki, hazırda aktivləşən danışıqlar prosesində ən fəal iştirakçılar ABŞ dövlət katibi Marko Rubio, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Amerika liderinin Yaxın Şərq üzrə nümayəndəsi Stiven Vitkoffdur.

“Onun kölgədə qalmasına nümunə olaraq, amerikalılarla ukraynalılar arasında Səudiyyə Ərəbistanında aparılan danışıqları göstərmək olar. Sual yaranır, Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi niyə Kiyev ilə danışıqlarda iştirak etmir?" - qəzet oxuculara sual edib.

Bundan əlavə, məqalədə qeyd olunub ki, Kelloq hazırda Amerika liderinin administrasiyasının xüsusi nəzarəti altındadır. Onun Trampın komandasında hansı rolu "oynaması" heç kimə bəlli deyil.

Xatırladaq ki, martın 11-i Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da buna cavab olaraq müəyyən jestlər edib. O, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Münaqişə   Ukrayna  





Xəbər lenti