Donald Tusk Ərdoğana müraciət edib

“Mən prezident Ərdoğana birmənalı şəkildə təklif etdim ki, Türkiyə bütün bölgəmizdə sabitlik və təhlükəsizliyin təminatı, sülh prosesi üçün mümkün qədər ortaq məsuliyyəti öz üzərinə götürsün. Türkiyəli tərəfdaşlarımızla müdafiə və müdafiə sənayesi sahəsində birgə işləməyə hazırıq. Tarixi bir irəliləyiş əldə etdiyimizi desəm, mübaliğə etmərəm”, - Polşanın baş naziri bildirib.
O, həmçinin Ərdoğanla Suriyada binaların və infrastrukturun bərpasında iki ölkə şirkətləri arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.
Eyni zamanda, Donald Tusk Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasının real prosesə çevriləcəyinə ümidvar olduğunu deyib. Onun sözlərinə görə, Polşa bu mövzuda Türkiyəni hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.
Sahil İsgəndərov
AzVision.az