15 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır

15 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır
  13 Mart 2025    Oxunub:527
15-ə yaxın ölkə Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəyir.
AzVision.az “BBC” telekanalına istinadən xəbər verir ki, Fransanın Müdafiə naziri Sebastyan Lekornyu belə bəyanatla çııxş edib.

Qeyd edək ki, dünən Parisdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Fransanın Müdafiə nazirlərinin görüşü keçirilib.

“Burada təhlükəsizliyin real təminatı Ukrayna ordusuna verə biləcəyimiz yardım olacaq. Bu çətindir, amma biz Qara dənizdə təhlükəsizlik məsələləri, Ukraynadakı atom elektrik stansiyaları haqqında düşünməliyik. Bu vəzifələrin bölüşdürülməsi barədə düşünməyə başlamalıyıq”, - Lekornyu iddia edib.

O, həmçinin bildirib ki, 15 gündən sonra bir neçə ölkənin silahlı qüvvələrinin baş qərargah rəislərinin iclası olacaq.

- Niyə 15 gün? Çünki Rusiya atəşkəslə razılaşarsa, biz sözsüz ki, bu 30 gündən təhlükəsizlik strukturunun inkişafı üçün istifadə etmək istəyirik”, - fransalı nazir izah edib.

AzVision.az



Teqlər: Ukrayna   təhlükəsizlik   təminat  





Xəbər lenti